Şəkidə it sakinlərə hücum edərək bir neçə nəfəri dişlədi

  • By admin
  • 23 Fevral 2020 16:25

Şəkidə it sakinlərə hücum edib.

Gununsesiaz.info-nun “Report”a istinadən məlumatına görə, hadisə rayonun Qırxbulaq kəndində baş verib.

İt sakinlərə hücum edərək 2014-cü il təvəllüdlü Hüseynov Vüsal Nadir ogluna, 2011-ci il təvəllüdlü Əlili Adəm Polad oğluna və 2008-ci il təvəllüdlü Əlifov Cəlal Cavanşir oğluna xəsarət yetirib. Xəsarət alanlar yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanada yaralılara yardım göstərilib və onlar quduzluğa qarşı peyvənd olunub.

Yaralıların hər üçünün müalicələri davam etdirilir.

 

 

Gununsesiaz.info