Şəkidə məktəblini avtomobil vurub

  • By admin
  • 28 Sentyabr 2019 00:50
Şəkidə 12 yaşlı məktəblini avtomaşın vurub.
Gununsesi.org-un məlumatına görə, hadisə axşam saatlarında Şəki şəhər 7 saylı tam orta məktəbin qarşısında baş verib.
2007-ci il təvəllüdlü Şəki rayonunun Kiş kənd sakini Səid Ələddin oğlu Ramazanlı dərsdən çıxıb evə gedən zaman avtomobilin zərbəsilə üzləşib. Qəza zamanı xəsarət alan 12 yaşlı məktəbli Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır.
Faktla bağlı araşdırmalar davam edir.
Gununsesi.org