Şəkidə maşın dərəyə aşdı, ana və qızı yaralandı

  • By admin
  • 19 İyul 2021 23:08

Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, minik avtomobilinin dərəyə aşması nəticəsində avtomobildə olan iki nəfər – Bakı şəhər sakinləri-1983-cü il təvəllüdlü Arzu Sevindik qızı Məlikova və onun qızı, 2002-ci il təvəllüdlü Səbinə Cavad qızı Məlikova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

HTML tutorial

Hazırda Oğuz RMX-da yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır .

Gununsesi.info