Şəkidə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

  • By ilhame
  • 02 İyun 2024 13:49

Şəkidə yol-nəqliyyat qəzası olub.

 

Gununsesi.info -nun məlumatına görə, hadisə Şəki-Baş Göynük avtomobil yolunun Aşağı Göynük kəndindən keçən hissəsində baş verib.

 

Belə ki, “Mercedes Vito” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər xəsarət alıb.

 

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.

 

Məlumata görə, qəzaya mikroavtobusun qarşısına inəyin çıxması səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info