Şəkidə müəllimlərin etiraz etdiyi direktor işdən çıxarıldı

Bir müddət əvvəl müəllim kollektivi tərəfindən etirazla qarşılanan Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin direktoru işdən çıxarılıb.

Gununsesi.info xəbər verir ki, Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb və bir sıra nöqsana yol verildiyi aşkara çıxarılıb: “Müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, məktəbin direktoru Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib”.

HTML tutorial

Qeyd edək ki, ötən həftə sosial şəbəkədə Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin müəllimlərinin məktəb direktoruna etirazı ilə bağlı video yayılmışdı. Onlar ötən il korrupsiya və yol verdiyi nöqsanlara görə işdən azad olunan direktor Rahim Salamovun yenidən işə qayıtmasına etiraz edirdilər. Müəllimlər bu səbəbdən dərsə girməkdən imtina edirdilər.

Qeyd edək ki, bu barədə müəllimlərin etirazını ilk dəfə Gununsesi.info işıqlandırmışdır.