Şəkidə piyadanı maşın vurdu

  • By admin
  • 26 İyul 2021 20:33

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki,  hadisə Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

HTML tutorial

Belə ki, yolu keçən piyada “Skhoda” markalı minik avtomobili tərəfindən vurulub. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır .

Gununsesi.info