Şəkidə silsilə oğurluq edən şəxslər tutulub

  • By admin
  • 10 İyun 2017 19:32

hebs_0451

 

Şəki şəhərində silsilə oğurluq edən şəxslər tutulub.

“Report”un verdiyi məlumata görə, şəhər sakini Şamo Qasımov Şəki Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edərək evindən 5 000 manatdan artıq dəyəri olan məişət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Şəki ŞRPŞ-də dərhal əməliyyat-axtarış qrupu yaradılıb. Keçirilən tədbirlər zamanı oğurluqda şübhəli bilinən şəhər sakinləri – Fərhad Fərhad oğlu Məmmədov və Ümidvar Nəriman oğlu Məmmədov tutulub.

İstintaq zamanı məlum olub ki, onlar hazırda Rusiyanın Moskva şəhərində yaşayan Nəzakət Ramazanovanın və Bakı şəhərində yaşayan vətəndaşların Şəkinin ayrı-ayrı ünvanlarında olan evlərindən də əşyalar oğurlayıblar.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılıb, oğurluq edənlərin digər əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

 

 

Gununsesi.info