Şəkidə türk vətəndaşına məxsus “TIR” yandı

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb.

Gununsesi.info -nun Şimal-qərb bürosunun məlumatına görə, hərəkətdə olan “TIR” markalı yük avtomobilində anidən yanğın baş verib.

Əraziyə Yevlax və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğın nəticəsində yük avtomobilinin ön hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info