
Şəkidə bədbəxt hadisə baş verib. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəki rayonunda bir nəfər azyaşlının əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.
Gununsesi.info