Şəkidə Regional Perinatal Mərkəzdə ölüm faktı qeydə alınıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Qalibə Cavadova fevral ayının 13-ü tarixində dünyaya uşaq gətirib.
Yeni və vaxtsız doğulan uşaqda qüsurlar olduğu üçün Şəkidə Regional Perinatal Mərkəzinə yerləşdirilib. Aparılan müdaxilələrə baxmayaraq körpə mart ayının 9-u dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info