Şəkidəki qətl işi MƏHKƏMƏDƏ

  • By admin
  • 27 Yanvar 2022 12:35

Xəbər verildiyi kimi, 9 oktyabr 2021-ci ildə Qəbələ rayonu, Tikanlı kənd sakini 1987-ci il təvəllüdlü Sənur Ağahüseynovun yaşadığı kəndin yaxınlığında qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Baş Prokurorluqdan Gununsesi.info-ya verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı, Qəbələ rayonu Uludaş kənd sakini 2003-cü il il təvəllüdlü Kənan Mustafayevin əvvəllər şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar qisas almaq məqsədilə Sənur Ağahüseynovla görüşərək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Kənan Mustafayevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumata görə, hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Gununsesi.info