Şəkinin 150-yə yaxın evdən ibarət Əliyar kəndinin sakinləri “Açıq mikrofon”da - FOTOLAR

“Səyyar qəbul otağı” mavi yanacaqdan sonuncu dəfə 1990-cı ildə istifadə edən Şəkinin Əliyar kəndində qurulub. Tədbiri çıxış sözü ilə Zaqatala RQİİ-nin rəisi açıq elan etdikdən sonra aksiyaya qatılan 30-a yaxın sakinin müraciətləri dinlənilib.

Adıçəkilən kəndin qaz təchizatı olmadığından səslənən istək və xahişlərin bir məqsədi Əliyar kəndinin qış aylarına kimi qazlaşdırılmasından ibarət olub.

Məsələ ilə bağlı kənd sakinlərinə Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən ətraflı məlumat verilərək bildirilib ki, ölkədə qazlaşma işləri plana uyğun olaraq mərhələli şəkildə aparılır.

 

Gununsesi.info