Səkkiz ayda Azərbaycanın valyuta ehtiyatları 40,1 milyard dollar olub

  • By admin
  • 29 Sentyabr 2016 19:25

One hundred dollar notes are seen in this photo illustration at a bank in Seoul January 9, 2013. REUTERS/Lee Jae-Won

Bu ilin səkkiz ayında Azərbaycanın valyuta ehtiyatları 40,1 milyard ABŞ dolları olub.

Gununsesi.info bu barədə Maliyyə Nazirliyinin saytında yerləşdirilən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatına istinadən bildirir.

Bunun 35,9 milyard dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin, 4,2 milyard dolları Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının payına düşür.

Gununsesi.info