Səkkiz yaşlı uşaq sizin yardımınızla həyatda qala bilər

2012-ci ildə Ağcəbədi rayonunun Boyat kəndində anadan olan Həsən doğulduqdan sonra üç ay müddətində küvezdə qalıb. Böyüdükcə Həsənin səhhətində ciddi problemlər yaranmağa başlayıb.
Həkimlər onda buronxopulmonal displaziya, buronxloqin displaziya və ağciyər çatışmazlığı olduğunu bildirirlər. İlk olaraq valideynlər Türkiyəyə, Mərmərə Eğitim və Araşdırma Universitetinə üz tutublar. Burada müayinə zamanı məlum olub ki, Həsəndə xroniki ağciyər xəstəliyi buronxopulmonal displaziya və nəfəs yolunda darlıq var. Həsən diaqnozdan sonra indiyədək mərhələli şəkildə müalicə olunur. O iki dəfə qapalı əməliyyat keçirib.
Artıq ailənin maddi vəsaiti tükənib. Əsas əməliyyat üçün isə böyük məbləğdə pul tələb olunur. İstanbul şəhərindəki Amerika klinikasındakı həkimlər bildirib ki, Həsənin əməliyyatı çox risklidir.
Nənəsi Xatun xanım deyir ki, əməliyyat gecikdikcə xəstəliklə bağlı vəziyyət daha da pisləşməyə doğru gedir. Həsənin anası Lamiyə Mehrəliyeva bildirir ki, bu günə kimi nələri var, hamısını övladlarının sağlamlığı yolunda xərcləyiblər. Həsən nəfəs testindən keçə bilmədiyindən üç aylıq müalicə kursu yazılıb. Müalicədən sonra Həsən əməliyyat oluna bilər və əməliyyatdan sonra belə 14 yaşına qədər müalicə olunmalıdır. Bu əməliyyat üçün isə minimum 20 min dollar, ümumi olaraq hər iki əməliyyata 35 min dollar məbləğində pul tələb olunur.
Ümid edirik ki, xeyrsevər insanlar səkkiz yaşlı Həsəndən öz yardım əllərini əsirgəməyəcəklər.

Gununsesi.org