
Hatayın İskəndərun vilayətində dağıntılar altında qalan 80 yaşlı qadın axtarış-xilasetmə qrupu tərəfindən xilas edilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, beşmərtəbəli binanın dağıntıları altında axtarış aparılarkən yaşlı qadının fəryadı eşidilib. 4 saat davam edən xilasetmə işlərinin sonunda Şaziye Kalaağzı yaralı halda çıxarılıb.
Dağıntılar altından 68 saat sonra xilas edilən Kalaağzı xəstəxanaya aparılıb.
Gununsesi.info