Səlahəddin Demirtaşa 5 il həbs cəzası istənilib

  • By admin
  • 25 Avqust 2016 15:59

 

thumbs_b_c_aa762c4533ae68cb3b796b910761e178

Türkiyənin Adana şəhər prokurorluğunda  HDP sədri Səlahəddin Demirtaş haqqında “terror təşkilatı təbliğatı etdiyi” iddiasıyla 5 ilə qədər həbs cəzası istəyiylə hazırlanan iddianamə qəbul edilib.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, HDP-nin 2011-ci il oktyabrın 15-də  Adanada təşkil edilən əyalət konqresində etdiyi çıxışda “terror təşkilatını təbliğatı etməsi”ylə bağlı  başladılan istintaq tamamlanıb. Demirtaş haqqında bir müddət əvvəl  hazırlanan iddianamə Adana 2. Ağır Ceza Məhkəməsində qəbul edilərək,  Demirtaşa qarşı 5 ilədək həbs cəzası verilməsiylə bağlı iddia açılıb.İddianamədə cinayətin törədildiyi tarixdə BDP-nin Hakkaridən millət vəkili olan Demirtaşa qarşı  iddia edilən cinayətinə görə, sanksiya verilməsi üçün Diyarbakır Prokuroluğuna təlimat yazılib.

Təlimatı Demirtaşın həyat yoldaşı Qız Demirtaşın aldığı, lakin Demirtaşın bununla bağlı dəvət edildiyi Diyarbakır Prokurorluğu Təlimat Bürosuna getmədiyi və özünü  müdafiə etmədiyi bildirilib.

Demirtaşın mühakimə olunacağı məhkəmə prosesinin iclası 17 Noyabrın 17-nə təyin edilib.

Gülnaz Qənbərli

Gununsesi.info