ABŞ-nin “Forbes” jurnalı 2024-cü il üçün dünyanın ən varlı adamlarının siyahısını dərc edib.
Gununsesi.info xəbər verir ki, siyahıda Türkiyədən olan 27 nəfərin adları var.
“Baykar Technology” şirkətinin rəhbəri Səlcuq Bayraktar və qardaşı Haluk Bayraktar onların arasındadır.
Səlcuq Bayraktar 1,2 milyard dollarlıq sərvəti ilə siyahıda 24-cü yerdə qərarlaşıb. Dünya sıralamasında isə o, 2410-cu yeri tutub. 45 yaşlı Haluk Bayraktar isə 1,1 milyard dollarlıq sərvəti ilə Türkiyənin 27-ci, dünyanın isə 2545-ci ən varlı adamı olub.
Siyahıda 5,1 milyard dollarlıq sərvəti ilə “Yıldız Holdinq”in rəhbəri Murat Ülker birinci olub. Siyahıda ikinci yerdə 3,7 milyard dollar sərvəti ilə İpek Kıraç, üçüncü yerdə isə 3,6 milyard dollar sərvətlə Semahat Sevim Arsel qərarlaşıb.
Elmar
Gununsəsi.info