Səlim Müslümov “Formula-1″i neçəyə izlədi? -CAVAB

  • By admin
  • 18 İyun 2016 11:17

selim...

İyunun 17-də Bakıda “Formula-1” üzrə Avropa Qran-prisinə start verilib. Gunungesi.info-nun məlumatına görə, test yürüşünü izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da olub.

HTML tutorial

Fotodan da göründüyü kimi nazir yarışı vip məkandan izləyib. Bu çür yer üçün biletin qiyməti isə 500-700 manat  civarındadır. Bəs görəsən, Səlim Müslümov “Formula-1” üçün bileti neçəyə alıb və həmin biletin ödənişi nazirliyin hesabınamı həyata keçirilib?

Gununsesi.info-nun əməkdaşı bu suala aydınlıq gətirmək üçün Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin mətbuat xidmətinin rəbəri Elman Babayevlə əlaqə saxlayıb.

Nazirlik sözçüsü bildirib ki, Səlim  Müslümov yarışları izləmək üçün özü bilet alıb: “O ki qaldı biletin dəyərinin nə qədər olmasına bunu bilmirəm”.