Səlim Müslümovun həbsində Sahil Babayevin xüsusi rolu olub

Bir ilə yaxındır ki, həbsdə saxlanılan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ev dustaqlığına buraxılıb.

Bu arada sabiq nazirin adının çəkilməsini istəməyən ailə üzvlərindən biri Gununsesi.info-ya maraqlı məlumat verib.

HTML tutorial

Onun sözlərinə görə, Səlim Müslümovun həbsində indiki nazir Sahil Babayevin xüsusi rolu olub.

Belə ki, nazir kürsüsündə oturan Babayev daxili yoxlama ilə sələfinin fəaliyyətini təftiş etdirib.
Bir sıra qanunsuz faktları sənədləşdirən Sahil Babayev onları Prezident Administrasiyasına, Maliyyə Nazirliyinə və Baş Prokurorluğa təqdim edib.

Bundan sonra sabiq nazir istintaqa cəlb edilərək həbs edilib.

Günay 
Gununsesi.info