“Saytlarda, qəzetlərdə tez-tez tarixi şəxsiyyətləri ifşa edən sənəd və məqalələr dərc edilir. Çox əcəb. Əslində, arxivlər açılsa yaxşıdır… Amma…”
Gununsesi.info-nun məlumatına görə, bunu tanınmış filosof, yazıçı-dramaturq Firuz Mustafa öz “Facebook” səhifəsində paylaşdığı statusunda yazıb. O, qeyd edib ki, amma məsələ burasındadır ki, nəhəng şəxsiyyətləri (məsələn, Səməd Vurğunu) tənqid edənlərin bir çoxunun özləri şəxsiyyətsiz adamlardır.
“ Nə üçün? O vaxt adamlar bir-birini böyük bir ideyaya görə qurban verirdilər… İndi kiminsə bir “molodesinə” görə…) Məsələn, Səməd Vurğunu tənqid edənlərin bir neçəsini tanıyıram; bunların əksəriyyəti (məsələn) beş-on manat üçün hər şeyə gedən adamlardır.
Digər tərəfdən (yenə, məsələn) tutaq ki, Səməd Vurğun Leninə şeir və ya poema həsr edib. Onu tənqid edənlər isə hansısa kababçını və ya sahibkarı “nəyə görəsə” cild-cild kitablarda vəsf ediblər …
Əlbəttə, mən kimisə (məsələn, Səməd Vurğunu) səhvsiz hesab etmirəm.. Amma…
Amma insaf da yaxşı şeydir”-deyə, o, daha sonra sözlərinə əlavə edib.
Gununsesi.info