

Bu məqsədlə on minlərlə insan Səmərqənd aeroportuna toplanıb.
Gununsesi.info “Rosbalt”-a istinadən xəbər verir ki, şəhər əhalisinin demək olar yarıs aeroportdadır və hamı İslam Kərimovun nəşinin Səmərqəndə gətirilməsini gözləyir. Artıq Səmərqənddə İslam Kərimovla vida mərasiminə ciddi hazırlıq işləri görülür. Bu məqsədlə sentyabrın 2-də məktəblərdə dərslər də dayandırılıb.
Yaxın saatlar da İslam Kərimovun rəsmi olaraq ölüm xəbərinin elan olunması gözlənilir.
Qeyd edək ki, reuters agentliyi İ.Kərimovun ölümü ilə bağlı məlumatı yayıb.
Ancaq rəsmi Daşəknd susur və ğlkə başçısının səhhəti ilə bağlı heç nə demir.
Gununsesi.info