
Bu gün Şəmkir-Gədəbəy avtomobil yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, qəza yolun 13-cü km-də qeydə alınıb.
“Niva” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti orta-ağır, ikisinin vəziyyəti normal qiymətləndirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info