Şəmkir prokurorundan Prezidentə və Zakir Qaralova şikayət- MÜRACİƏTİM ARAŞDIRILMIR

Şəmkir prokurorundan Prezidentə və Zakir Qaralova şikayət

Şəmkir rayon Şiştəpə kənd sakini Alıyeva İradə Ramazan qızı Prezident İlham Əliyevə və baş Prokuror Zakir Qaralova şikayət edib. Şəmkir rayon prokururluğundan narazılığını ifadə edən vətəndaş müraciətinin bir surətini də Gununsesu.info-ya göndərib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli cənab Prezident!

Hörmətli Baş Prokuror!

Hörmətli Redaksiya!

 

Mənim bu şikayətim, Sizin sahibkarların inkişafına göstərdiyiniz diqqət və qayğını gözəardı edən, onların hüquqlarını mühafizə etməyən, güya ki, hüquq mühafizə orqanı statusunda olan lakin hüquqları nəinki mühafizə edən hətta onu kobud şəkildə pozan Şəmkir rayon Prokurorluğundadır.

Belə ki, mən Şəmkir rayonunda sahibkarlıq fəaliyyəti göstərirəm. Dövlət büdcəsinə xeyli miqdarda vergi və digər icbari ödənişlər edirəm. Eyni zamanda, bir neçə şəxsin dolanması üçün onları da işlə təmin etmişəm. 2014-cü ildə İsmayılova Xoşgül Qəzənfər qızı adlı şəxs mənə məxsus mağazadan 30 min manatadək pul mənimsəmşdir. Bununla bağlı mən Şəmkir rayon Prokurorluğuna müraciət etdim. Oradan mənə bildirdilər ki, bu auditorlar palatasının üzvü olan auditor tərəfindən yoxlanılmalı və aktla təstiq edilməlidir. Bundan sonra biz cinayət işi başlayıb onun barəsində tədbir görə bilərik. Bununla bağlı auditor çağırdım. Onunla müqavilə bağladım. Auditor da həmin mənimsəmni təstiq etdi. Lakin Şəmkir Prokurorluğunun marağı başqa nəsə olubdur deyə, indi də işi “çövür tatu, vur tatuya” döndəribdir. Mən hesab edirəm ki, Şəmkir rayon Prokurorluğunun marağı varkı ölkədə narazı təbəqənin sayı artsın. Yoxsa külli miqdarda pulumu mənimsəyən şəxs barəsində niyə bir tədbir görməsinlər ki?

Sizdən xahiş edirəm ki, Şəmkir rayon Prokurorluğunun bütün şəxslərinin işinin ciddi şəkildə araşdırılması, dövlət və dövlətçiliyə xidmət etməyən bu cür vəzifə sahiblərinin vəzifələrinə son verilməsi üçün Baş Prokuror Zakir Qaralova ciddi göstəriş verəsiniz.

Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Hörmətlə!

İradə Alıyeva

COMMENTS