Şəmkir sakini döyülərək ağır xəsarət alıb

  • By admin
  • 09 Yanvar 2017 20:36

tecili

 

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Tatar kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Rizvan Tağıyev döyülərək müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin  orta ağır olduğu bildirilir. Məlumata görə, R. Tağıyev tanışı tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdıra aparılır.

Gununsesi.info