Şəmkir sakini döyülərək qətlə yetirildi

  • By admin
  • 07 İyul 2018 10:45

 

Şəmkir sakini Gədəbəydə döyülərək qətlə yetirilib.

Gununsesi.info APA-ya istinadla xəbər verir ki, ötən gün Daşkəsəndə qeydiyyatda olub Şəmkirdə yaşayan 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlunun meyiti Gədəbəy rayonu ərazisində aşkarlanıb.

İlkin məlumata görə, o, döyülərək qətlə yetirilib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.