Şəmkir sakini qohumuna tüfənglə ATƏŞ AÇDI

Şəmkirdə qohumlar arasında mübahisə yaranıb, onlardan biri digərinə ov tüfəngi ilə atəş açıb.

Gununsesi.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Publika.az-a deyib ki, noyabr ayının 24-də Şəmkir rayonu, Yenihəyat kənd sakini 1984-cü il təvəllüdlü Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 1986-cı il təvəllüdlü Elsevər Məsimova xuliqanlıq niyyəti ilə ov tüfəngindən atəş açsa da, o, heç bir xəsarət almayıb.

HTML tutorial

Hadisə yerindən yayınan N.Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

Gununsesi.info