
Şəmkir sakinində silah aşkar edilib.
Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumatına görə, Şəmkir Rayon Polis Şöbəsini əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəllər Cəyir kəndində yaşayan Rəfiqə Abdullayevanın evinə baxış zamanı oradan qundağı və lüləsi kəsilmiş “Karabin” markalı silah aşkar edilərək götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Anar
Gununsesi.info













