
Şəmkir sakinini ilan sancıb.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Muxtariyyə kənd sakini, 2000-ci il təvəllüdlü Yusifli Yusif Ramil oğlu həyətyanı sahələrində işləyərkən ilan onun əlindən sancıb.
O, dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona ilan zəhəri əleyhinə zərdab köçürülüb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Gununsesi.info