
Şəmkir şəhər sakinlərindən narkotik vasitələr götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Valeh Məmmədovdan 8,89 qram marixuana götürülüb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun narkotik vasitəni həmyerlisi Süleyman
Hüseynovdan alması müəyyən edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə S.Hüseynov tutulub, ondan 6,86 qram, evinə baxış zamanı isə 442,59 qram marixuana aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info