
Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında şəxsiyyəti hələlik məlum olmayan bir nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.org-a verilən məlumata görə, “112” qaynar xəttinə bu barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Gununsesi.org