Şəmkirdə 14 yaşlı oğlan hovuzda boğuldu

  • By admin
  • 22 Sentyabr 2019 18:18

Şəmkirdə 14 yaşlı oğlan hovuzda boğulub.

Gununsesi.org-un verdiyi məlumata görə, hadisə rayonun Yeni Həyat kəndində baş verib. Kənd sakini 2005-ci il təvəllüdlü Heydərov Fərid Sakit oğlu naməlum şəraitdə su hovuzuna düşərək boğulub.

HTML tutorial

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən su hovuzu boşaldılıb və F. Heydərovun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

 

 

Gununsesi.org