Şəmkirdə 17 yaşlı yeniyetmə bıçaqlanıb

  • By admin
  • 08 Sentyabr 2016 23:04

bic

 

Şəmkirdə  bıçaqlanma olub. Gununsesi.info-nun qərb bürosunun xəbərinə görə, rayonun İrmaclı kənd sakini, 1999-cu il təvəllüdlü Tapdıq Əbilzadə sol bazu və sol bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Yeniyetmənin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

 

Gununsesi.info