
Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Gununsesi.org-un məlumatına görə, hadisə Zəyəm-Sabir kənd yolunda qeydə alınıb.
Hərəkətdə olan 2 minik avtomobilin toqquşması nəticəsində, Əhməd Rüstəmov və daha bir nəfər xəsarət alıb. Hər iki yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Gununsesi.org