Şəmkirdə 3 nəfəri maşın vurdu

  • By admin
  • 28 Sentyabr 2022 20:01

Şəmkirdə 3 piyadanı avtomobil vurub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.

Hərəkətdə olan “VAZ-21099” markalı minik maşını yolu qarşı tərəf keçmək istəyən 2012-ci il təvəllüdlü Mövlan Əsgərlini, 2010-cu il təvəllüdlü Samir Əliyev və 1958-ci il təvəllüdlü Atlas Tağıyevanı vurub.

Hər 3 piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Gununsesi.info