Şəmkirdə 3 otaqlı ev yanaraq kül oldu - VİDEO +FOTO

  • By admin
  • 05 Aprel 2017 10:42

shamkir

Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət ev yanıb.

Gununsesi.info ARB TV-yə istinadən xəbər verir ki, ona bitişik tikilmiş, ümumi sahəsi 120 m2 olan 3 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 80 m2 olan talvar da yararsız hala düşüb.

Yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb. 33 yaşlı Anar Cəfərovun yanmış meyidi içəridə aşkarlanıb.

Anar

Gununsesi.info

https://youtube.com/watch?v=X3VV9jEFO1Q