Şəmkirdə 36 yaşlı kişi bıçaqlanıb

  • By ilhame
  • 07 Avqust 2024 22:15

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Gununsesi.info-nun məlumatına görə, hadisə Şiştəpə kəndində qeydə alınıb.

Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü E.İsmayılov mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info