Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verdi

  • By admin
  • 28 Avqust 2017 20:30

yollllllllllllllllllllllllllllllllll

Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Çardaxlı kəndində qeydə alınıb.

“VAZ 2106” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin orta-ağır, digərlərinin normal olduğu bildirilir. Qəzanın təfərrüatları müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info