Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, rayon sakini, 1973-cü il təvəllüdlü Elsəvər Əkbərli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
51 yaşlı kişi dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info