Şəmkirdə avtomobil aşıb, sürücü ölüb

Şəmkirdə avtomobil aşıb, sürücü ölüb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Valeh Ələkbərov Şiştəpə-İrmaşlı kənd avtomobil yolu ilə Şəmkir şəhəri istiqamətində hərəkətdə olan zaman “Mercedes-Benz” markalı avtomobilinin idarəetməsini itirib. Nəqliyyat vasitəsi yolun kənar hissəsinə aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.

HTML tutorial

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Gununsesi.info