Şəmkirdə başından güllələnmiş kişi meyiti tapıldı

Şəmkir rayonunda baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində ölən şəxsin meyiti tapılıb.

Gununsesi.info “report”-a istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

HTML tutorial

Belə ki, 50-55 yaşlı kişinin meyiti kirayə qaldığı evdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info