

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info apa-ya istinadən məlumat verir ki, hadisə Şəmkir şəhərində qeydə alınıb.
Hərəkətdə olan “VAZ2104” markalı avtomoiblin başqa bir maşınla toqquşması nəticəsində “VAZ”-ın sürücüsü bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı, 60 yaşlı Lİba Niftəliyeva isə xəstəxanaya çatdırılanda yolda ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma parılır.
Gununsesi.info