Şəmkirdə dönərdən kütləvi zəhərlənmə baş verib.
Gununsesi.info xəbər verir ki, Şəmkirdə yerləşən “Mersin” dönərxanasında şəhər sakinləri Nəsib Eldəniz oğlu Zeynalov (31 yaş) və onun 5 yaşlı oğlu Emin, 2 yaşlı qızı Nazlı, həmçinin Dəllər Cəyir qəsəbə sakini Dürdanə Elçin qızı Kazımova və onun 11 yaşlı qızı Damla ilə 10 yaşlı oğlu Toğrul dönərdən zəhərləniblər. Zərərçəkənlər xəstəxanaya aparılıb, ilkin tibbi yardımdan sonra evə buraxılıblar.
Digər bir hadisə isə şəhər ərazisində yerləşən “Mahmud” dönərxanasında baş verib. Burada Dəllər qəsəbə sakini Ruslan Hacıbəy oğlu Eyniyev dönərdən zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilib və ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.













