Şəmkirdə ev yandı

  • By admin
  • 03 Dekabr 2016 11:35

yangin

Şəmkirdə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Şəmkir rayonu, Dəllər Cəyir kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağında tüstü bacasının ətrafı 3 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info