Şəmkirdə evdə partlayış, qadın xəsarət aldı

  • By admin
  • 14 Aprel 2017 21:40

partlayis132

 

Şəmkirdə evdə partlayış olub, xəsarət alan var. Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə İrmaclı kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Mərdanova Nazilə Tanrıverdi qızı yaşadığı evdə qaz sobasını yandırdığı zaman partlayış  baş verib. Ağır yanıq xəsarətləri alan qadın əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə olan xəstəxanalardan  birinə yerləşdirib.

Vəziyyəti ağır olduğundan N.Mərdanovanın Bakıdakı aidiyyəti üzrə tibb müəssisələrindən birinə aparılması nəzərdə tutulur.

 

Gununsesi.info