Şəmkirdə evdə partlayış: - ana və qızı xəsarət aldı

Şəmkir rayonunda evdə baş vermiş partlayış nəticəsində bir nəfər yaralanıb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Hadisə nəticəsində ev sahibi 1985-ci il təvəllüdlü Şəhla Əmirova və onun qızı, 2005-ci il təvəllüdlü A.Əzizova xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb, qadının vəziyyəti orta-ağır qiymətləndirilir, qızı isə yüngül bədən xəsarətləri alıb.

Əraziyə hüquq mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info