Şəmkirdə göldə batan 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilib –  YENİLƏNİB

  • By admin
  • 01 İyul 2018 23:11


Şəmkirdə göldə batan 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. APA-nın qərb bürosunun xəbərinə görə, ölən şəxslər Göygöl və Daşkəsən rayon sakinləri Tağıyev Adil Valeh oğlu, Əhmədova Məhəbbət Kazım qızı, 1987-ci il təvəllüdlü Qaibov Afiq Həsən oğlu və 1988-ci il təvəllüdlü Əliyeva Zeynəb Ədalət qızıdır. Məlumata görə, qadınlardan biri Şəmkirin Abbaslı kəndinfə yerləşən göldə paltar yumaq istəyərkən suya düşüb, digərləri batan şəxsə kömək etmək istəyərkən onlar da batıb.

**** 21.55

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batmaları barədə məlumat daxil olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

APA-nın qərb bürosunun xəbərinə görə, göldə batan şəxslərdən ikisi qadın, ikisi isə kişidir. Meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onların kimliyi müəyyənləşdirilir.

Gununsesi.info