Şəmkir rayonunda mübahisə zəminində həmkəndlisinə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs bir neçə gün sonra saxlanılıb.
Gununsesi.info xəbər verir ki, rayonun Seyfəli kəndində 1992-ci il təvəllüdlü X.Babayevi mübahisə zəminində bıçaqlamaqda şübhəli bilinən Z.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, hadisə martın 14-də baş verib. Xəsarət alan X.Babayev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info