Şəmkirdə iki avtomobil toqquşdu - Yaralananlar var

Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü M.Nəbiyeva, 1990-cı il təvəllüdlü M.Əliyeva və 1989-cu il təvəllüdlü G.Nəbiyeva xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info