Şəmkirdə kişi su quyusuna düşərək ölüb

Şəmkirdə kişi su quyusuna düşərək ölüb

quyu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda 1 nəfər su quyusuna yıxılaraq köməksiz vəziyyətdə qalıb.  

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 10 metr olan quyudan 1983-cü il təvəllüdlü Allahverdiyev Vasif Şahin oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:13-də başa çatıb.

Anar

Gununsesi.info

COMMENTS