
Şəmkir rayon polis şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı növbəti əməliyyatını keçirib. Polis bu dəfə həyatyanı sahəsini narkoplantasiyaya çevirən şəxsi müəyən edib.
Gununsesi.info xəbər verir ki,daxil olan əməliyyat məlumatı əsasında Təzəkənd sakini 46 yaşlı Vasib İsgəndərovun mənzilinə baxış keçirilib. Asayiş keşeikçiləri oradan aqrotexniki qaydada qulluq göstərilərək becərilən külli miqdarda çətənə kolları aşkarlayıb. Bundan başqa İsgəndərovun mənzilindən istifadə üçün hazır olan qurudulmuş marixuanada tapılıb.
Baş müstəntiq Vasib İsgəndərovun evinin həyat yanı sahəsində xüsusi ustalıqla yer hazırladığını deyib. Həmin ərazidə 24 ədəd çətnə kollarını aqrotexniki qaydada qulluq göstərərək becərib. Bundan başqa onun mənzilindən 122,18 qram qurudulmuş marixunada aşkarlanaraq götürülüb. Saxlanılan Vasib İsgəndərov narkotiki tərkibli bitkiləri şəxsi istifadəsi üçün becərdiyini deyib. Buna qədər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Rusiyada 9 il məhkumluq həyatı yaşayan İsgəndərovun bu səmimiliyi heçdə inandırıcı səslənməyib. Vasib İsgəndərov “Mən onun istifadə edəniyəm” deyib. “Onlarıda özüm üçün əkmişdim. Satmaq fikrim olmayıb. Başımda olan müəyən ağrılara görə qəbul edirəm” deyə bildirib. Vasib İsgəndərovun barəsində ilkin həbs qəti imkan tədbiri seçilib. Cinayət məcəlləsnin müvafiq maddələri üzrə istitaq davam etdirilir.
Gununsesi.info